Kerri ABŞ-ın ən pis dövlət katibidir
AzVision.az-ın “İnterfax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nüfuzlu “Foreign Policy” jurnalı beynəlxalq münasibətlər üzrə 1615 ABŞ alimi arasında keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb.
Ekspertlər ən effektiv dövlət katibi kimi 1973-1977-cü illərdə bu vəzifəni tutan Henri Kissinceri göstəriblər. Ona rəyi soruşulanların 32,2 faizi səs verib.
Siyahıda ikinci yeri isə Ceyms Beyker tutub. Onun isə Madlen Olbrayt və Hillari Klinton izləyir.
Hazırki dövlət katibi Con Kerri isə respondentlərin 0,3 faizini toplayıb.
Eldar Tanrıverdiyev