Taksi sürücüləri üçün xüsusi geyimi hazırlanır

Taksi sürücüləri üçün xüsusi geyimi hazırlanır
  06 Fevral 2015    Oxunub:2259
Bakıda sərnişin avtobusu və taksi sürücülərinin vahid geyim formalarının nümunələri hazırlanıb.
AzVision.az xəbər verir ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov AzərTAc-a bildirib ki, birinci Avropa Oyunları ilə əlaqədar sərnişindaşıma xidmətinin yüksəldilməsi istiqamətində bir sıra mühüm addımlar atılmaqdadır.

“Sürücülərin vahid geyim forması ilə təmin edilməsi də bunlardan biridir. Artıq geyim formalarının bir neçə nümunəsi təqdim olunub və hazırda onların seçilməsi prosesi gedir,” – o deyib.


Teqlər:  



Xəbər lenti