Komitə sədri: “Qəbiristanlığa girəndə, elə bilirsən muzeydir”

Komitə sədri: “Qəbiristanlığa girəndə, elə bilirsən muzeydir”
  06 Fevral 2015    Oxunub:2652
"Bütün ölkədə məzarlıqlar eyni olacaq. İnsan vəfat edəndə onun üzərində nişanə olmamalıdır. Sinə və baş daşı onunla digər bir insan arasında fərq qoymayacaq".

AzVision.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O, vurğulayıb ki, qəbiristanlıqların məzar daşlarının kəskin fərqlənməsi doğru deyil:

"Özəl qəbiristanlığa girən zaman elə bilirsən ki, muzeyə girirsən. Bu düzgün deyil. Qəbiristanlıqda məzar daşları biri-birindən fərqlənməməlidir. Bu qanun da hazırlanıb Nazirlər Kabinetinə təqdim olunub. Bu ya qanun, ya da qərar kimi veriləcək. Burada da əsas İslami dəyərlərin qorunmasıdır. Qaldı ki, özəl qəbiristanlıqlar, bunu hansısa şirkət, hansısa bir qurum yer götürəcək və orada həmin qaydalara uyun qəbiristanlığı mühafizə etmək, abadlaşdırmaq, qəbirlərin yerləşdirilməsilə bağlı məsələlər yeri icra hakimiyyətlərinin və bələdiyyələrin nəzarətində olacaq".

Komitə sədri qəbir yerlərinin pulla verilməsi məsələsinə də münasibət bildirib:

"Qəbir yerlərinin pulla verilməsi məsələləri yoxdur və olmayacaq da. İndi də qəbir yerləri pulla verilmir. Müəyyən rüsumlar var, amma bu cüzidir. Bəzi adamlar deyir ki, qəbir yerləri satılır, bu düzgün deyil. Qəbir yerləri dövlətin ixtiyarındadır. Kifayət qədər yüksək rəqəmlərlə rastlaşan insanlar müvafiq qurumlara və dini komitəyə müraciət edə bilərlər".

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti