Axund və imanlara ciddi Xəbərdarlıq
M.Qurbanlı qeyd edib ki, Azərbaycandakı məscidlərin böyük əksəriyyəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birbaşa dini rəhbərliyi ilə idarə olunur:
“Orada axundlar və imamlar təyin olunur və onlar öz işini aparır. Eyni zamanda, bizim komitə tərəfindən qanuna əməl edilməsinə nəzarət olunur. Hansısa məsciddə, yerdə xütbə zamanı orada çalışan imam və ya axund qanunvericiliyə zidd hərəkət edirsə, xütbəsində dini ədavəti qızışdıran çağırışlar edirsə və ya gəncləri, orada iştirak edən insanları başqa çağırışlarla yolundan çıxarmağa çalışırsa, bizə bu fakt daxil olan kimi onunla bağlı müvafiq olaraq dini idarə ilə əlaqə saxlayırıq. Əgər belə bir imam və ya axund aşkar edilirsə, onun çalışmasına imkan verilmir və verilməyəcək də! Biz hər hansı xırda dini təriqəti, cərəyanı təşviq edərək Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən hər kəsin qarşısındayıq və qarşısını alacağıq. Hüquq-mühafizə orqanları, vətəndaşlarımız alacaq. Bizim komitə və QMİ bununla məşğuldur. Biz radikalızmin Azərbaycanda kök atmasına, intişar tapıb genişlənməsinə heç cür imkan verə bilmərik və verməməliyik. Bütün cəmiyyət buna qarşıdır”.
Eyni zamanda komitə sədri Suriyaya gedən azərbaycanlılardan söz açıb: “O ki, qaldı Azərbaycanda kimlərisə tovlayaraq Suriyaya və ya başqa ölkələrə silahlı birləşmələrə, hərbi münaqişələrə, döyüşlərə cəlb etmək, aparmaq istəyənlərə, bu hal aşkar olunanda qanunla cavab verirlər. Onlar haqqında həbs qətimkan tədbiri seçilir. Bu cür qurumlar və şəxslər varsa, aşkar edilir. Bununla milli təhlükəsizlik orqanları, daxili işlər və prokurorluq orqanları ciddi məşğuldur. Bu cür faktlar olduqda müvafiq tədbirlər görülür”.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


