Olimpiya çempionundan hörmətsizlik
O, yığma komandamızın üzvü Toğrul Əsgərov haqqında danşıb: “O nə üçün çempionatda güləşmədi? Avropa Oyunlarına sayılı günlər qalır. Bizdə bunların hamısı müzakirə olunur, zalda da, federasiyada da bu barədə danışılır, söhbətlər gedir. Federasiya rəhbərliyi də bununla çox ciddi maraqlanır. Federasiya rəhbərliyi hər bir idmançının yanındadır, məşq proseslərini izləyir. Prezidentimiz də, vitse-prezident Namiq Əliyev də, Əjdər müəllim də izləyir, yeniyetmələr, gənclər, bütün yığma komandaların məşqçiləri ilə görüşüb tövsiyələr vermişik. Daha ciddi olmaq lazımdır. Nizam-intizam qaydalarına riayət etməyən idmançı yığma komandada yer almamalıdır. Kimliyindən asılı olmayaraq. Avropa, dünya, olimpiya çempionu olmusan, federasiya rəhbərliyi səni qiymətləndirib. Bu gün isə gənclərə, yeniyetmələrə nümunə olmalısan. Sən dövlətin simvolusan, nümunə göstərilməlisən. Valideynlər idmançılar baxıb nümunə götürməlidirlər. Bax, belə olimpiya çempionumuz var. Mən açığını deyirəm. And olsun Allaha.. Olimpiya, dünya çempionları var ki, Fransada barmen işləyirlər, metroda işləyirlər. Mən gözümlə gördüm bunu, qulağımla eşitdim. Orada məşqçilər var idi, onlarla söhbət edirdim. Bizim dövlətimiz qədər idmana, idmançıya diqqət və qayğı göstərən ölkə yoxdur. Görün, bizdə olimpiya, dünya çempionlarına gör nə qədər şərait yaradılır, onlar da bunu qiymətləndirməlidirlər. İstəmirsənsə, de ki, mən bitirdim, qurtardım, sağ olsun dövlətimiz, rəhbərlik, mən gedirəm idmandan. Yoxsa sən həm özünü, həm yığmanın məşqçilərini, həm federasiya rəhbərliyini, həm dövləti, həm də bütün idmansevərləri aldadırsan. Hamı olimpiya, dünya çempionundan nəsə gözləyir. Sən aldatma. Yığma komandada məşqini elə, get özünü göstər. Ya belə de, ya elə..
Teqlər: