Fərid Ağayevin valideynləri övladlarının vətən yolunda şəhid olması ilə fəxr etdiklərini bildirib. Əmisi Yusif Ağayev Fəridin atasının da müharibə iştirakçısı olduğunu bildirdi: "Mənim qardaşım da müharibədə iştirak edib və kontuziyalar alıb. Şəhidlik ona nəsib olmadı, oğluna nəsib oldu. Prezidentimiz nə vaxt qərar versə bu millət döyüşməyə hazırdır!"
Qeyd edək ki, Ötən il dekabr ayının 31 də Fərid ağayevin 20 yaşı tamam olub. Azərbaycan respublikası Müdafiə Nazirliyi də şəhidin yaxınlarına və əzizlərinə dərin hüzünlə baş sağlığı veridiyini bildirib.







Vaxtında, Aydın, Lazımlı!


