Birinci sinfə qəbul qaydaları dəyişir

Birinci sinfə qəbul qaydaları dəyişir
  06 Fevral 2015    Oxunub:2500
I sinfə qəbul sistemi hazırlanır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, bu il BŞTİ valideynlərin rahatlığı, qəbul sistemin təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesini elektron sistem vasitəsilə aparılması nəzərdə tutub.

Bu məqsədlə hazırda sistem üzrərində son tamamlama işləri aparılır.

Sistemin təkmilləşməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlayıb.

Bu səbəbdən, fevralın 5-i Bakı şəhərində yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərininin rəhbərləri ilə görüş keçirilmiş, direktorlar elektron sistemlə aparılacaq qəbul haqqında məlumatlandırılıb.

Görüş qarşılıqlı müzakirə şəklində keçmiş, direktorlar tərəfindən məsələ ilə bağlı müxtəlif fikir və təkliflər səsləndirilib.

Sevinc


Teqlər:  





Xəbər lenti