Prokurorluğun 5 əməkdaşı işdən çıxarıldı

Prokurorluğun 5 əməkdaşı işdən çıxarıldı
  06 Fevral 2015    Oxunub:2867
Bu gün baş prokuror Zakir Qaralov Baş Prokurorluqda ötən ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirib.
Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, 2014-cü hesabat ilində xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib, müxtəlif pozuntulara yol verdiklərinə görə 46 əməkdaşın intizam məsuliyyətinə cəlb olunduğu, o cümlədən 5 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric edildiyi diqqətə çatdırılib, nizam-intizamın daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlərin görülməsi Baş Prokurorluğun bütün strukturlarından və tabe prokurorlardan tələb edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti