`Azadlıq` və `Amerikanın səsi` düşməni dəstəkləyir

`Azadlıq` və `Amerikanın səsi` düşməni dəstəkləyir
  06 Fevral 2015    Oxunub:2501
Vergiödəyicilərin vəsaiti hesabına sponsorluq edilən "Azadlıq" və "Amerikanın səsi" radioları son vaxtlar ABŞ-ın müttəfiqlərinə qarşı işləyir və ölkənin düşmənlərini dəstəkləyirlər.
AzVision.az-ın trend-ə istinadən verdiyi məlumata görə, bu barədə icmalçı Qariel de Kostanın ABŞ-ın nüfuzlu "Roll Call" nəşrində dərc edilən məqaləsində yazır.

Buna görə də icmalçı Konresdən vergiödəyicilərin vəsaiti hesabına sponsorluq edilən komissiyanın xərclərinə daha diqqətlə nəzarət etməyi xahiş edir. Məqalə müəllifi qeyd edir ki, ABŞ-ın milli borcu 17 trilyon dollardır: "Bundan başqa, Konqres ABŞ-ın Beynəlxalq dini azadlıqlar komissiyasına diqqət yetirməlidir".

Q.Kosta anlamır ki, komissiyanın məruzəsi niyə Azərbaycanı krişnaçılar və müsəlmanlar üçün əlverişsiz ölkə adlandırıb: "Azərbaycan əhalisi müsəlman və İsraillə yaxşı əlaqələri olan ölkədir. Bu ölkədə antisemitizm yoxdur. Azərbaycanda böyük xristian icması, eləcə də uzun əsrlər boyu yəhudi icması mövcuddur. Bu icmaların nümayəndələri ölkənin dövlət strukturlarında yaxşı vəzifələr tuturlar".

O, sual verir: "Niyə ABŞ hökuməti Azərbaycanla əlaqədar dini məsələlərə köklənir?"

Məruzədə deyilir ki, Azərbaycanda hicab geyinilməsinə qadağa qoyulub. Məqalədə yazılır ki, bu, məktəblilər üçün vahid uniforma tətbiq etmək məqsədilə edilib: "Komissiya, eyni zamanda, iddia edir ki, Azərbaycanda məscidlər bağlanıb. Bəs komissiya hansı məscidlərin hansı səbəbdən bağlandığını yoxlayıbmı? Komissiya məscidlərin nə üçün bağlandığını araşdırıbmı? Ola bilsin, bu məscidlərı İran açıb və bu ölkə tərəfindən sponsorluq edilib".

Jurnalist əlavə edib ki, Konqres komissiyaların nəyə xərc çəkdiklərinə daha dəqiq nəzarət etməlidir: "Biz hamımız işləyir və vergi ödəyirik, buna görə də vergiödəyicilərin pulları daha səmərəli xərclənməlidir. Konqres fondların pulları nə qədər səmərəli və düzgün idarə etməsinə nəzarət etməlidir".


Teqlər:





Xəbər lenti