TƏHLÜKƏ: Ebola virusu dünyanı bürüyür

TƏHLÜKƏ: Ebola virusu dünyanı bürüyür
  06 Fevral 2015    Oxunub:1637
Daha üç ölkədə 25 nəfər ebolaya yoluxub.
Qərbi Afrikanı cənginə alan və bir neçə aydır ki, yayılmasında geniş müşahidə olunan ölümcül ebola virusu 2015-ci ildə yenidən artmağa başlayıb.

Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) verdiyi məlumata görə, ötən həftə Sierra Leonedə 80, Ginedə 39, Liberiyada 5 nəfər ebolaya yoluxmuş xəstə aşkarlanıb. Bu rəqəmlər yanvar ayının son həftəsində Sierra Leonedə 65, Ginedə 30, Liberiyada isə 4 idi.

Qərbi Afrikada virusun kütləvi şəkildə yayılmasına səbəb olan ən əsas amilin ənənəvi dəfn mərasimləri olduğu qeyd olunub.

ÜST-ün hesabatına görə, bu günə qədər bu virusa 22.495 nəfər yoluxub, bunlardan 8.936 nəfəri ölüb.


Teqlər:





Xəbər lenti