Arif Hacılıya qarşı etiraz

Arif Hacılıya qarşı etiraz
  07 Fevral 2015    Oxunub:1937
Başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun Müsavat Partiyasından xaric edilməsi etirazlara səbəb olub.
AzVision.az xəbər verir ki, Arif Hacılı ilə münasibətlərinə görə partiyadan çıxarılan Səxavət Əlisoy Müsavat başqanını Qubad İbadoğlu ilə bağlı qərarına görə tənqid edib:

“Saxtakara təbrik! Qubad bəyi partiyadan xaric etdiyin üçün sənə bir əhsən. Qaldı Vurgun, Adil, Mehman, Rafik Xoca, Sabir, Məlahet xanim, Hökume xanım və təxminən 10 nəfər tanınan sima.

Hamısını xaric et MMC-dən və patronunla keyf elə. Sona kimi getməsən, sən heç Arif deyilsən”.

Müsavat Partiyasının daha bir fəal üzvü Tural Abbaslı da Qubad İbadoğlunun partiyadan çıxarılmasını qınayıb:

“Divanın bu günkü növbədənkənar iclasında Qubad İbadoğlunun partiyadan xaric edilməsini yalnış və ziyanlı qərar hesab edirəm. Qubad bəyin qurultayda aldığı səsləri nəzərə alsaq bu addımın partiyamız üçün heç də yaxşı nəticələr verəcəyini düşünmürəm. İstənilən halda bu addımı Müsavatda barışıq və sabitlik mühiti üçün atılmış addım hesab etmək olmaz”.

AzVision.az


Teqlər:





Xəbər lenti