Girovların yenidən `məhkəmə`si olacaq

Girovların yenidən `məhkəmə`si olacaq
  07 Fevral 2015    Oxunub:2489
Kəlbəcər girovları Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma “məhkəmə”nin qərarına etiraz olaraq “Apellyasiya Məhkəməsi”nə etdikləri müraciət qəbul edilib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir. Məlumatı girovları qondarma “vəkili” Erik Beqlaryan təsdiqləyib.

Növbəti “məhkəmə iclas”nın keçiriləcəyi vaxt isə hələ ki, bəlli deyil.

Qeyd edək ki, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev qondarma “məhkəmə”nin qərarına etiraz edərək bildiriblər ki, onlar heç-bir qanunu pozmayıblar, yalnız öz ata-baba torpaqlarını ziyarət ediblər.

Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Hafiz ƏHMƏDOV


Teqlər:





Xəbər lenti