Sona Vəliyeva: “Valideynlər qan ağlayırlar ki...”

Sona Vəliyeva: “Valideynlər qan ağlayırlar ki...”
  07 Fevral 2015    Oxunub:2811
“Dini ekstremizmə, eləcə də radikallığın təsirinə məruz qalmaq məhz yeniyetmə yaşlarında başlayır. Ona görə də yaxşı olardı ki, təbliğat işi V-XI sinifləri əhatə etsin”.
AzVision.az xəbər verir ki, bu fikirləri "Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva deyib. O vurğulayıb ki, təbliğat işi mütəmadi olaraq həyata keçirilməli və bunun üçün məktəblərlə müqavilələr imzalanmalıdır:

“Təklif edirəm ki, ailələrin yeniyetmə uşaqları arasında təbliğat işləri aparılsın. Çünki bu çox vacib məsələdir. Bunun üçün məktəblərlə əməkdaşlıq etmək lazımdır. Təbliğat işinin hansı format üzərində qurulması barədə müzakirə aparılmalı və ən azı iki aydan bir deputatlar, tarixçilər, ədəbiyyatçılar, söz və fikir adamları bu mövzunun daha müəkəmməl şəkildə gənclərə təsiredici formada çatdırılmasını təmin etməlidirlər”.

S.Vəliyeva qeyd edib ki, uşaqların fikirlərini yönləndirmək çox asan olduğundan bu məsələyə ciddi yanaşmaq lazımdır:

“Media və təhsil sahəsinin içərisində olan biri kimi deyə bilərəm ki, uşaqların beyni tez yuyulur. Yuyulan beynin yerində toxumu əkmək daha asan olur. Bu kimi halların qarşısını almaq üçün də təklifimi qiymətləndirmək lazımdır. Valideynlər bəzən övladlarının öhdəsindən gələ bilmədikləri üçün qan ağlayırlar. Uşaqların müəllimlərlə münasibəti pozulur.
Orta təbəqədən olan ailələr uşaqlarını ödənişli təhsil ocaqlarında oxutmaq istəyirlər. Onların övladlarında da belə bir təfəkkür yaranır ki, ödəniş edirəmsə, deməli mənə hər şey etməyə icazə var. Bax bu mexanizm bəzən valideynlə məktəb arasındakı sərhədi qırır. Bu bağlar qırıldıqca cəmiyyətə mənfi təsir edəcək”.

S.Vəliyeva vurğulayıb ki, hazırda ən böyük problem ailə bağlarının qırılmasıdır:
“Bu planın üzərində düşünülmüş və ağıllı başlar işləyib ki, ailələr zəifləsin. Çünki ailələr zəifləyəndə övlad valideynin üzünə duracaq və onları eşitməyəcək. nəticədə də ailə bağları sınacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti