Saakaşvilidən Rusiya ilə bağlı ilginc açıqlama

Saakaşvilidən Rusiya ilə bağlı ilginc açıqlama
  07 Fevral 2015    Oxunub:2149
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna telekanallarından birinin efirində maraqlı açıqlama verib.
AzVision.az-ın məlumatına görə, Saakaşvili bildirib ki, Ukrayna hərbçiləri bütün Rusiyanı tutacaq bacarığa sahibdir: "Əgər onlara lazımlı biliklər, təlim və silah verilsə, onlar bütün Rusiyanı tuta biləcəklər".

Siyasətçinin fikrincə, Ukrayna Silahlı Qüvvələrinə köhnəlmiş tank əlehinə silahlar maneçilik yaradır:

"ABŞ-da müasir hərbi texnikalar var. Əgər onlar Ukraynaya bu silahlardan versələr, o zaman Ukrayna birinci növbədə ən azı 50 Rusiya tankını partladacaq. Bundan sonra isə hər şey tamamilə başqa cür olacaq", - deyə o bildirib.

Saakaşvili həmçinin hesab edir ki, ABŞ Ukrayna ordusunun döyüş bacarığının artırılması üçün pilotsuz təyyarələr və artilleriya verməyə hazırdır.


Teqlər:  





Xəbər lenti