Bakıda avara və dilənçi əməliyyatı

Bakıda avara və dilənçi əməliyyatı
  07 Fevral 2015    Oxunub:1998
Polis avaralıq və dilənçiliklə məşğul olan 20 nəfəri paytaxtdan rayona göndərib.
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi və Post Patrul Xidməti Bölməsi əməkdaşları paytaxt ərazisində avara və dilənçiliklə məşğul olan 20 nəfəri müəyyən edərək barələrində inzibati qaydada protokol tərtib ediblər. Onlardan 5 nəfəri kişi, 8 nəfəri qadın, 7 nəfəri isə azyaşlıdır.

Daha sonra saxlanılanların qeydiyyada olduqları rayona göndərilməsi təmin edilib.


Teqlər:  



Xəbər lenti