Qərb Putini `yola gətirdi` - Ukrayna məsələsində dönüş
Beş saata yaxın davam edən görüşdə dövlət başçıları Ukraynada vəziyyətin nizamlanması yollarını və bununla bağlı yeni təklifləri müzakirə ediblər.
AzVision.az Euronews telekanalına istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqları “konstruktiv və məzmunlu” adlandırıb. O qeyd edib ki, Minsk razılaşmasının həyata keçirilməsini nəzərdə tutan mümkün birgə sənədlər üzərində iş aparılır. Almaniya, Fransa və Rusiya liderlərinin əlaqələri davam edir və nəticələrə bazar günü “normand formatı”nda telefon danışıqlarında yekun vurulacaq. Belə ki, danışıqlara Ukrayna Prezidenti Pyotr Poroşenkonun da qoşulması nəzərdə tutulur.
Rusiya telekanallarının verdiyi məlumata görə, Fransua Olland bu ərəfədə bəyan etmişdi ki, nizamlama planı Ukraynanın ərazi bütövlüyünə əsaslanacaq. Vladimir Putin isə qondarma Donetsk və Luqansk respublikalarının formal olaraq Ukraynanın tərkibində qalmasında və onlara muxtariyyət verilməsində israr edir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


