Davudoğlu müğənnini məhkəməyə verdi

Davudoğlu müğənnini məhkəməyə verdi
  07 Fevral 2015    Oxunub:2221
Türkiyənin baş naziri Əhməd Davudoğlu müğənni Atilla Taşı məhkəməyə verib.
AzVision.az xəbər verir ki, bu barədə müğənninin özü məlumat yayıb. O, qeyd edib ki, Əhməd Davudoğlu haqqında paylaşdığı twitə görə, ona qarşı iddia qaldırılıb.

Baş nazir Əhməd Davudoğlunun vəkilləri Atilla Taşdan şikayətçi olub. İddialar Ankara 2-ci və 5-ci Sülh Cəza Məhkəmələrində açılıb.

Məşhur müğənni Davudoğlunun vəkillərinin açdığı iddiaya reaksiya göstərib:

"Əhməd Davudoğlu tərəfindən Ankara 2-ci və 5-ci Sülh Cəza Məhkəmələrinə verilmişəm. 4 twitim qadağan edilib. Vəkilimlə görüşdüm. Məni susdura bilməzlər!", - deyə müğənni sosial şəbəkədə yazıb.


Teqlər:





Xəbər lenti