`Arif Hacılıdan hər şeyi gözləyirəm`

`Arif Hacılıdan hər şeyi gözləyirəm`
  07 Fevral 2015    Oxunub:1672
“Arif Hacılı ilə birgə partiya başqanlığına namizəd olanlar bir-bir xaric edilir. Əvvəl Səxavət Əlisoy, indi isə Qubad İbadoğlu”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli partiya üzvü Qubad İbadoğlunun partiyadan xaric edilməsinə münasibət bildirərkən deyib. O, Q.İbadoğlunun partiyadan çıxarılmasını arzuolunmaz hal kimi qiymətləndirib:

“Heç birimiz istəməzdik ki, Qubad bəy belə kobud tərzdə, nizamnamə pozuntusu ilə partiyadan xaric edilsin. Biz müsavatçıların hüquqlarının müdafiə komitsəini yaratmışıq və Divanın dünənki qərarı ilə bağlı bəyanat hazırlamışıq, onun üzərində işləyirik”.

E.Məmmədli daha bir partiya üzvünün xaric edilmə ehtimalı olduğunu deyib:

“O gün də Nəzarət Təftiş Komissiyasının sədri Əlövsət Əhədoğlunu partiyadan çıxarmaq istəyiblər. Baş verənlərlə bağlı biz yalnız sivil qaydada, nizamnaməyə uyğun öz işimizi görürük”.

Ellada Məmmədlinin özünün partiyadan xaric olunmasına gəlincə isə, o bildirib ki, bu ehtimalı da gözləyir:

“Mən hər şey gözləyirəm. Amma öz razılığmla partiyadan isetfa vermək fikrim yoxdur. Sona qədər mübarizə aparacam”.

Qeyd edək ki, Müsavat Partiyası Divanının ötən gün qəbul etdiyi qərara əsasən partiyanın başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun Nizamnamə pozuntularına yol verdiyi əsas gətirilərək Müsavatdan xaric edilib.

Məlumat üçün bildirək ki, 2014-cü il sentyabrın 24-də Müsavatın VIII qurultayında başqan seçkiləri baş tutdu və bu zaman 4 namizəd arasından səs çoxluğu ilə Arif Hacılı qalib gəldi. Lakin seçkidən sonra Qubad İbadoğlu və digər namizədlər seçikidə pozuntuların olduğunu iddia edərək yenidən seçki keçirilməsini tələb etdi. Həmçinin partiyanın 10-dan çox üzvü daxili qarşıdurmalara etiraz olaraq istefa verdilər. Bir neçə üzv isə MNTK və Divanın qərarı ilə xaric edildi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti