`Bakı 2015` `Atletiko Madrid`in formasında - FOTO

`Bakı 2015` `Atletiko Madrid`in formasında - FOTO
  07 Fevral 2015    Oxunub:2142
Bakı 2015 Avropa Oyunları bu gün İspaniyanın futbol çempionları "Atletiko" (Madrid) komandasının formalarında, onların 2014-15 mövsümünün sonunadək UEFA Çempionlar Liqasının və İspaniyanın futbol çempionatı olan La Liqanın oyunlarında çıxışı zamanı ilk Avropa Oyunlarının loqotipinin əks olunması haqqında müqavilə imzalandığını elan etdi.

Trend xəbər verir ki, "Atletiko"nun hal-hazırkı turizm mövzulu Azərbaycan "Odlar yurdu" sponsor loqotipi bu gün günorta saatlarında Vinçente Kalderon stadionunda keçiriləcək "Real"a (Madrid) qarşı oyunda yenilənəcək.

"Atletiko" komandasının baş icraçı direktoru Migel Anxel Gil Marin bildirib: “Oyunçularımız bu gündən etibarən mövsümün sonunadək böyük qürur hissi ilə Bakı 2015 loqotipli formalarını geyinəcəklər. İlk Avropa Oyunları qitənin idman sahəsindəki inkişafında irəliyə atılan böyük bir addımdır və biz İspaniya və Avropanın lider futbol klublarından biri olaraq bu Oyunları təbliğ etməkdən olduqca məmnunuq”.

"Altetiko" hal-hazırda ötən mövsüm La Liqadakı çempionluq uğurunu təkrarlamaq niyyətindədir və həmçinin futbol dünyasının ən nüfuzlu klub yarışı olan UEFA Çempionlar Liqasının ələmə mərhələsindədir. Klub İspaniyada çox populyardır və onların televiziyada yayınlanan matçları adətən Avropa və bütövlükdə dünyada milyonlarla tamaşaçı tərəfindən izlənilir.

Bakı 2015-in kommersiya direktoru Çarli Viceratna bildirib: "Atletiko" İspaniyanın La Liqa çempionu və dünyanın ən tanınmış futbol klublarından biridir. Bakı 2015 loqotipinin onların formalarında əks olunması Avropa Oyunları haqqında məlumatlılığın, brendimizin dəyərinin və yaratdığımız təkanın artırılmasının innovativ yoludur”.


Teqlər:  





Xəbər lenti