43 yaşlı qadın evində ölü tapıldı
AzVision.az -ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirilərkən Abbasova Gülnar Rəcəbəli qızı huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə nəticəsində G.Abbasovanın vəfat etdiyi müəyyən olunub.
Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 13:57-də başa çatıb.