“Məni və ailəmi ölümlə təhdid edirlər” - Ərdoğan

 “Məni və ailəmi ölümlə təhdid edirlər” - Ərdoğan
  08 Fevral 2015    Oxunub:2401
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün və ailə üzvlərinin ölümlə təhdid edildiyini bildirib.
Türkiyə prezidenti “paralel dövlət” adlandırdığı “Gülən camaatı” tərəfindən ölüm təhdidi aldığını iddia edir.

Bu şəxslərin başında Amerikada oturan Fətullah Gülənin dayandığını deyən Ərdoğan Allahın verdiyi canı Allahdan başqa heç kəsin ala bilməyəcəyini də sözlərinə əlavə edib.

“Ailəmi və məni ölümlə təhdid etməyə başlayıblar. Bununla düşünürlər ki, biz geri çəkiləcəyik. Amma səhv edirlər. Onlara səslənirəm: Allahın verdiyi bu canı Ondan başqa heç kimin almağa gücü çatmaz. Bu, mənim üçün də belədir, ailəm üçün də...” - deyə Ərdoğan bildirib.


Teqlər:





Xəbər lenti