Baş leytenant qəza törətdi: 3 yaralı

Baş leytenant qəza törətdi: 3 yaralı
  16 May 2013    Oxunub:1279
Qubada "Mersedes Benz" divara çırpılıb.
Dünən saat 13.00 radələrində Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Quba rayon DYMH-nin növbətçi yanğın söndürmə növbəsinin rəisi baş leytenant Əhmədov Fizuli Murad oğlu idarə etdiyi "Mersedes Benz" markalı maşını yolun sağında olan elektirik dirəyinə və daş hasara çırpıb.

Hadisə nəticəsində 29 yaşlı baş leytenant müştərək travma, komatoz vəziyyət diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Maşında olan sərnişinlər 31 yaşlı Quba şəhər sakini Hadıyev Sərxan Şirin oğlu qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, sol çiyin qurşağının əziyi diaqnozu ilə, 31 yaşlı Ermənistan Respublikasında anadan olmuş, AR vətəndaşı, rayon sakini Xıdırova Xoşqədəm Ibrahim qızı isə kəllə beyin travması, beyin silkələnməsi və başın təpə nahiyyəsinin əzilmiş yarnası diaqnozu ilə Quba RMX-na daxil olublar.

Faktla bağlı cinayət işi açılıb.



Teqlər:  





Xəbər lenti