Ebola Afrikanı qırır - 9004 ölü

Ebola Afrikanı qırır - 9004 ölü
  08 Fevral 2015    Oxunub:1341
Qərbi Afrika ölkələrində Ebola virusunun səbəb olduğu xəstəliklərdən ölənlərin sayı 9004 nəfərə, yoluxanların sayı isə 22 525 nəfərə çatıb.
Bu rəqəmlər Dünya Səhiyyə Təşkilatının cümə günü dərc edilmiş məlumatında yer alır.

AzVision.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatın məlumatına görə, Ebola virusunun yaratdığı epidemiya nəticəsində Liberiyada 3746 nəfər ölüb, 8745 nəfər isə yoluxub. Serra-Leonedə ölənlərin sayı bir qədər az – 3301 nəfər olsa da, yoluxanların sayı digər ölkələrdən çox – 10 792 nəfərdir. Qvineyada isə həlak olanların sayı 1957 nəfər, yoluxanların sayı 2988 nəfərdir.

Bundan başqa Mali, Nigeriya, Seneqal, İspaniya, Böyük Britaniya və ABŞ-da da Ebola virusuna yoluxma halları qeydə alınıb.

Qeyd edək ki, ilk dəfə 1976-cı ildə baş qaldırmış Ebola virusu həmin vaxt 5826 nəfərin həyatına son qoymuşdu.


Teqlər:





Xəbər lenti