Dünyanın ən varlı adamı müflis oldu

Dünyanın ən varlı adamı müflis oldu
  08 Fevral 2015    Oxunub:3484
3 il bundan əvvəl 35 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanları arasında 8-cı sırada olan braziliyalı Erika Batista bütün sərvətini itirib.
Virtualaz.org saytı xəbər verir ki, 2012-ci ildə dünyanın ən varlı insanı olacağına dair vəd verən milyarderin avtomobilini və qol saatlarını belə əlindən alıblar.

Məhkəmə iş adamının sərvətinin manipulyasiya və fırıldaqçılıq iddiaları əsasında əlindən alınmasına dair qərar verib. E.Batistanın Rio-de-Janeyrodakı evinə gedən polislər iş adamının “Lamborghini”sini və digər 7 maşınını da müsadirə edərək aparıblar. Polis iş adımının kompüterini, mobil telefonlarını, qol saatlarını və 32500 dollar nağd pulunu da götürüb.

Məhkəmə E.Batistanın ümumən 544 milyon dollarlıq sərvətinin əlindən alınması qərarı verib. İş adamı bu qərarla tamamilə müflisləşib. Lakin polis onun digər pullarını ölkədən qaçaq yolla çıxardığını düşünür.

Qeyd edək ki, Batistanın atası əvvəllər Braziliyanın energetika naziri olub. Almaniyada təhsil alan Batista ölkəsinə qayıdandan sonra qızıl ticarəti ilə məşğul olmağa başlamışdı.

Amazon bölgəsinə sərmayə qoyması ilə az vaxt ərzində zənginləşən Batista sonradan müflis olub. Səbəblərdən biri iş adamının idarəçilik sisteminin yanlış olmasıdır.


Teqlər:





Xəbər lenti