ARDNŞ-in adından 13 minlik dələduzluq
Şikayətçinin sözlərinə görə, 2014-cü ilin 20 sentyabr tarixində İstiqlaliyyət küçəsi 26-da (Sabir bağı) tanışı, Binəqədi rayon sakini Ağayev Elbrus Rəmzi oğluna işə düzəlmək üçün 13 min manat pul verib. E.Ağayev H.Camalova söz verib ki, onun Azərbaycan Dövlət Neft Şirkətində işə düzəldəcək. Lakin sonradan məlum olub ki, H.Camalov pulu mənimsəyib və vəsaiti geri qaytarmaq fikrində deyil.
Müraciət əsasında zəruri araşdırmalar aparılır.
AzVision.az