Analoq TV dayandırılır

Analoq TV dayandırılır
  08 Fevral 2015    Oxunub:1847
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Teleradio" İB respublika ərazisində analoq TV-nin yayımının tədricən dayandırılması prosesi ilə bağlı təklif hazırlayıb.
Bu barədə Trend-ə İB-dən bildirilib ki, təkliflərdə rəqəmsal siqnalların müxtəlif istiqamətlərdən daxil olduğu əsasən iri şəhərlərdə (Bakı, Şirvan və Gəncə) analoq TV-nin yayımının tədricən mərhələli şəkildə əvəz edilməsi qeyd olunur.

Analoq yayımın tam kəsilməsi nazirliyin müvafiq yekun qərarından sonra gözlənilir.

Rəqəmsal TV siqnalları Azərbaycanın yaşayış məntəqələrinin 99 faizini əhatə edir.

AzVision.az


Teqlər:





Xəbər lenti