Merkel Gürcüstan səfərindən imtina etdi

Merkel Gürcüstan səfərindən imtina etdi
  09 Fevral 2015    Oxunub:2324
Almaniya kansleri Angela Merkelin Gürcüstana nəzərdə tutulmuş rəsmi səfəri təxirə salınıb.
Merkelin Zaqafqaziya ölkəsinə 2015-ci ilin yazına planlaşdırılmış rəsmi səfəri bir qədər gec baş tutacaq.

Gürcüstanın Almaniya Federativ Respublikasındakı səlahiyyətli səfiri Lado Çanturiya bunu siyasi təhlükəsizlik məsələləri ilə bağlı keçiriləcək Münhen konfransı ilə əlaqələndirib.

"Bu səfər ona görə baş tutmayacaq ki, Almaniya yazda "Böyük yeddiliyi" qəbul edəcək", - deyə o bildirib və əlavə edib ki, AFR kanslerinin Gürcüstana səfəri bu il mütləq baş tutacaq.

ТАСС agentliyi Merkelin səfərinin yay aylarına nəzərə tutulduğunu bildirir.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və AFR xarişi işlər naziri Frank- Valter Ştaynmayerlə görüşündə kanslerin səfərinin 2015-ci ilin yazında baş tutacağə elan edilmişdi. (Ans)


Teqlər:





Xəbər lenti