Mahir Abdullayevin katibəsi və qaynı həbs edildi

Mahir Abdullayevin katibəsi və qaynı həbs edildi
  16 May 2013    Oxunub:1358
Onların apellyasiya şikayəti təmin olunmayıb
AzVision.az Apa-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru olmuş Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin katibəsi olmuş Bənövşə Hacıyeva və onun qaynı Mübariz İbadovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər əlbir olaraq bir çox ali məktəblərə qanunsuz yolla tələbə qəbulu həyata keçiriblər. 2009-cu ildə saxlanılan B. Hacıyeva məhkəmənin hökmü ilə 3 il şərti cəza alıb. Daha sonra axtarışda olan M. İbadov tutulub. Bundan sonra B. Hacıyevanın barəsində olan cinayət işi yenilənib. Hər iki şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B. Hacıyeva 7 il 11 ay 24 gün, M. İbadov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

AzVison.az


Teqlər:  





Xəbər lenti