`Yayılan xəbərlər cəfəngiyatdır` - Aslan Aslanov

`Yayılan xəbərlər cəfəngiyatdır` - Aslan Aslanov
  09 Fevral 2015    Oxunub:2827
Şəmkirin sabiq icra başçısı Aslan Aslanov həbs edilməsi ilə bağlı mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

“Qafqazinfo”ya açıqlamasında keçmiş icra başçısı bütün bu xəbərləri dezinformasiya adlandırıb:

“Yayılan xəbərlər cəfəngiyatdır. Hazırda öz evimdəyəm. Bu xəbərləri yayan vəkil özü də elə yaxın zamanlarda müdafiə etdiyi şəxsin yanına gedəcək”.

Qeyd edək ki, Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinən məhkum Vüqar Əliyevin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov sabiq icra başçısının həbs edildiyini bildirib.


Teqlər:





Xəbər lenti