Ölkəmizdəki narkomanların sayı - 28 min 376 nəfər

Ölkəmizdəki narkomanların sayı -  28 min 376 nəfər
  09 Fevral 2015    Oxunub:1562
Əd­liy­yə Na­zir­li­yi Məh­kə­mə Eks­per­ti­za­sı Mər­kə­zi narkomanların statistikasını açıqlayıb.
Mər­kə­zi­n hesabatına əsasən Azər­bay­can­da 2014-cü il­də qey­diy­ya­ta alı­nan nar­komanla­rın sa­yı 28376 nə­fərə çatıb.

Qeydiyyata alınan narkomanların 539 nə­fə­ri­ni, yə­ni 1,9%-ni qa­dın­lar təş­kil edib.

Hesabatında həmçinin narkotik alüdəçilərinin yaş qrupları da çıqlanıb. Belə ki, qey­də alın­mış nar­ko­man­la­rın 1344 nə­fə­ri 15-17 yaşda olan şəxslərdir.

Qeydə alınmış narkomanların 3893 nə­fə­rini 18-24 yaş, 4147 nə­fə­rini 25-29 yaş, 4296 nə­fə­rini 30-34 yaş, 3415 nə­fə­rini 40-44 yaş, 3023 nə­fə­rini 45-49 yaş, 2531 nə­fə­rini 50-54 yaş, 2227 nə­fə­rini 55-59 yaş, 2014 nə­fə­rini 60-64 yaş, 1482 nə­fə­rini isə 65 və da­ha yu­xa­rı yaş­da olan şəxs­lər təş­kil edib.

Hesabatda qeyd edilib ki, na­ra­hat­lıq do­ğu­ran amil­lər­dən bi­ri də öl­kə­də tok­si­ko­man­lar qru­pu­nun ya­ran­ma­sı­dır. 2014-cü il­də tok­si­ko­man di­aq­no­zu ilə 130 nə­fər qey­də alınıb.




Teqlər:  





Xəbər lenti