Azərbaycanda görünməmiş 94 ixtira

Azərbaycanda görünməmiş 94 ixtira
  09 Fevral 2015    Oxunub:3229
Azərbaycanda ötən il 94 nəfər qeyri-adi ixtirası ilə tarixə düşüb. Belə ki, 2014-cü il ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən ixtiralara dair 94 patent verilib.

Bunu AzVision.az-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Onun sözlərinə görə, patent alan ixtiralardan 90-nı milli, 4-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub:

“Elm adamları Bakı şəhərində daha çox olduğundan ixtiralar əsasən paytaxtın payına düşür. Həmçinin regionlarımızdan da patent alan ixtiralar var. Artıq bir neçə ildir ki, ixtiraçılıq sahəsində nailiyyətlərə görə, respublika müsabiqəsi keçirilir. Müsabiqənin nəticəsində qalib gələn şəxslərə hədiyyələr, mükafatlar verilir. Onlar bu vəsaitləri öz fəaliyyətlərinə cəlb edib istifadə edə bilirlər. Həmçinin ötən il “Sənaye ili” çərçivəsində Azərbaycanda ilk dəfə əqli mülkiyyət və innovasiya sərgisi keçirilib. Sərgidə son illər Azərbaycanda qeydiyyatdan keçmiş, patent almış ixtiralar nümayiş olundu. Sənaye müəssisələri də burada iştirak edirdi. Həmin şəxslər nümayiş olunan ixtiralardan öz fəaliyyətlərində yararlana bilərlər”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti