Bakıda torpaq bahalaşıb, ev isə ucuzlaşıb

Bakıda torpaq bahalaşıb, ev isə ucuzlaşıb
  09 Fevral 2015    Oxunub:6021
2015-ci ilin yanvar ayında Azərbaycanın daşınmaz əmlak bazarında 0,18% ucuzlaşma qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə fins.az-a “MBA” Konsaltinq və Qiymətləndirmə Şirkətinin prezidenti Nüsrət İbrahimov məlumat verib.

N.İbrahimovun məlumatına görə, yanvarda yeni tikililərin qiymətində 2,7% ucuzlaşma baş verib. Nəticədə yeni tikililərdəki mənzillərin 1 m2-nin qiyməti orta hesabla 1318 dollar olub. Təkraz mənzil bazarında isə 0,6%-likm qiymət azalmasından sonra 1 m2-nin mənzil sahəsinin qiyməti 2067 dollar təşkil edib.

Nüsrət İbrahimov ucuzlaşmanı bazarda aktivliyin azalması, pul kütləsinin olmaması ilə izah edib: “Bir tərəfdən Rusiyadakı vəziyyətlə əlaqədar ölkəyə gələn pullar azalıb, digər tərəfdən dövlət səviyyəsində həyata keçirilən layihələr məhdudlaşdırılır, son nəticədə mənzillərə tələbat azalıb”.

Torpaqlar bahalaşıb
Yanvar ayında torpaq sahələrinin qiyməti isə, əksinə, artıb. Nüsrət İbrahimovun sözlərinə görə, torpağın 1 sotunun qiyməti 19045 dollar olub ki, bu da dekabr ayı ilə müqayisədə 0,6% çoxdur: “Torpağa tələbat həmişə artır, çünki əksər insanlar mənzil problemini torpaq alıb ev tikməklə həll edir”.

Ötən ay kommersiya obyektlərinin də qiyməti 2% artıb və hər m2 üçün 4549 dollara çatıb. Bu sahədə bahalaşma ucuz obyektlərin tədricən sıradan çıxması və onların yerini bahalı obyektlərin tutması ilə bağlı olub.


Teqlər:  





Xəbər lenti