Bu da Lamiyənin anasının SƏS YAZISI

Bu da Lamiyənin anasının SƏS YAZISI
  09 Fevral 2015    Oxunub:23622
Şənbə günü ölkə mediasında ilk dəfə AzVision.az-da Lamiyə Quliyevanın anası Ulduz Quliyeva ilə (sənəddə adı Kifayət olsa da, hamı onu bu adla tanıyır) müsahibəni yayımlayandan sonra gözləmədiyimiz hadisələr baş verdi. Bəzi saytlar belə məlumatlar yaymağa başladılar ki, guya biz ondan müsahibə almamışıq, bu, uydurmadır... Və bu böhtan sürətlə hər yana yayıldı.

Bütöv bir müsahibəni necə uydurmaq olar? Yəqin bunu iddia edənlərin özlərinin belə təcrübəsi var və ona əsaslanaraq danışırlar. Amma AzVision.az-da heç vaxt belə hallar olmayıb. Bizim hər bir oxucumuz AzVision-un ciddi və peşəkar sayt olduğunun fərqindədir. Ona görə də, həmkarlarımızın bu cür hərəkətini qınamağa haqqımız çatır. Buyurun, bu da sizə həmin müsahibənin səs yazısı.



Cənablar, ayrı vaxt `söz haqqı`, `cavab haqqı` kimi anlayışlardan yekə-yekə danışırsınız, bəs niyə heç biriniz həmin xəbəri yaymazdan qabaq AzVision.az ilə dəqiqləşdirməyə ehtiyac duymayıb? Öz həmkarlarına böhtan atmaq və ciddi saytın işgüzar nüfuzunu ləkələmək kimə, nə üçün lazım idi? Niyyət nədir? Bizimlə hansı qərəziniz var?

Ayrı vaxt bizə istinad etməmək üçün xəbərimizi kopyalayan başqa saytlara istinadın istinadını edənlər, bizim xəbəri özümüzdən yox, `copy-paste` edən başqa saytlardan paylaşanlar AzVision-a böhtan atmağa gələndə adımızı xüsusi vurğulamağa başladılar. Gözügötürməzliyi bu qədər qabarıq etməmək də olardı...

Bilirsinizmi, həmkarlar, əgər özünüz oyunu qaydasız oynayır, vicdan və etikanın elementar tələblərinə əməl etmək istəmirsinizsə, media olaraq başqa heç kimi qınamağa haqqınız yoxdur.

Adlarını bir-bir çəkmək istəmirəm, amma təklif edirəm ki, bizə böhtan atanlar özlərində mərdlik və cəsarət tapıb, AzVision.az-dan üzr istəsinlər. Hər halda, bu, bir vicdan və etika məsələsidir.
Göstərin ki, bu anlayışlar sizin üçün quru söz deyil.

Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru


Teqlər:  





Xəbər lenti