Sabaha qar gözlənilir
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 9-da bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 6-11 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.







Vaxtında, Aydın, Lazımlı!


