Azərbaycanda bir gündə ikinci zəlzələ

Azərbaycanda bir gündə ikinci zəlzələ
  09 Fevral 2015    Oxunub:1608
Azərbaycanda növbəti zəlzələ baş verib.
AzVision.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ Saatlı ərazisində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.1, dərinliyi 16 km olub.

Qeyd edək ki, bu səhər Kürdəmir rayonunda zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 05.12-də Kürdəmirdən 15 km cənubda qeydə alınıb.
İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 4 bala qədər hiss olunub.

Təbii fəlakət yerin 40 km dərinliyində meydana gəlib.

Yeraltı təkanlar yerli sakinlər tərəfindən hiss olunub.




Teqlər:  



Xəbər lenti