SOCAR-da faciəli ölüm

SOCAR-da faciəli ölüm
  09 Fevral 2015    Oxunub:2499
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ə.Əmirov adına NQÇİ-nin Elektrik avadanlıqlarının təmiri sexində baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, fevralın 7-də, sexin 5-ci dərəcəli elektrik montyoru 1974-cü il təvəllüdlü Yunus Güləli oğlu Güləliyev növbədə olarkən həmin gün iş növbəsində olmayan elektrik montyoru Rafiq Əhmədovun xahişi ilə şəxsi məqsədləri üçün yaxınlıqdakı "Qaradağ Maşınqayırma Zavodu" ASC-nin həyətində yerləşən və Ə.Əmirov adına NQÇİ-yə heç bir aidiyyəti olmayan 6 kV-luq yarımstansiyada ayırıcını açmaq istəyərkən gərginlik altına düşüb və saat 15:20 radələrində onun meyiti paylayıcı qurğuda aşkar edilib.

Məlum olub ki, Yunus Güləliyev iş yerini rəhbərliyə məlumat vermədən və qanunsuz olaraq tərk edib.

Y.Güləliyevin meyiti Məhkəmə tibbi ekspertizasına aparılaraq müayinə olunmuş və onun elektrik cərəyanının təsiri nəticəsində öldüyü məlum olub. Hadisə ilə bağlı yaradılan komissiya tərəfindən araşdırma aparılır.




Teqlər:  





Xəbər lenti