4 uşaqlı ana kömək istəyir

4 uşaqlı ana kömək istəyir
  09 Fevral 2015    Oxunub:4875
Bir neçə gün öncə Astara rayonun Siyəkü kənd sakini, 1985-ci il təvəllüdlü Rəisə Nabatova bir dəfəyə dörd uşaq dünyaya gətirib. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpənin valideynləri imdad diləyir.

R.Nabatovun atası Əbülfət Nabatov AzVision.az-a müraciət edərək uşaqların böyüdülməsi üçün dövlətdən kömək istəyib:

“Hazırda uşaqlar xəstəxanadadır. Hər gün onlara iynə, dərman lazımdır. Uşaqların atası imkansız olduğu üçün onlara mən kömək edirdim. İndi isə gücüm çatmır. Bir neçə bankdan kreditə pul götürmüşəm ki, onların həkim pulunu qarşılayım. Amma artıq heç nə edə bilmirik, hara müraciət ediriksə, bizə müsbət cavab vermirlər”,-deyə Ə.Nabatov qeyd edib.

Körpələrin xəstəxanadan çıxandan sonra qalacaq evləri nin olmadığını deyən Əbülfət Nabatov Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya müraciət edib:

“Biz sizin vasitənizlə Mehriban xanıma müraciət edirik ki, bizə köməklik etsinlər. O uşaqlara yardım gərəkdir. Bizim isə buna gücümüz çatmır. Uşaqlar xəstəxanadan çıxandan sonra yaşamaq üçün evləri də yoxdur. Ən azından bu ailəyə torpaq sahəsi ayrılsın, maddi köməklik edilsin ki, körpələr böyüsün. Onlar da böyüyüb vətənin keşiyində duracaqlar”,-deyə Əbülfət Nabatov bildirib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti