`Müxalifət Lamiyə olayından istifadə edir` - Siyavuş Novruzov

`Müxalifət Lamiyə olayından istifadə edir` - Siyavuş Novruzov
  09 Fevral 2015    Oxunub:3001
“Lamiyə Quliyeva məsələsində kimin əli varsa, kim qanunu pozubsa onlar ciddi şəkildə cəzalandırılmalıdırlar”.

Bu sözləri AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Millət vəkili Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə günahlandırılan məhkum Lamiyə Quliyeva ilə bağlı mətbuatda yazılanlara münasibət bildirib. Qeyd edib ki, bu məsələdən hər kəs öz xeyri üçün istifadə edir:

“Belə hallar bütün dünyada baş verir. Amerika, Avropa və postsovet məkanında da belə hadisələr baş verir. Gürcüstanda bir neçə il öncə türmədə baş verən hadisələrin üstü açıldı və bir neçə rəsmi şəxs tutduqları vəzifələrindən uzaqlaşdırıldılar. Gücüstanın ədliyyə naziri də vəzifəsindən uzaqlaşdıldı. Azərbaycan Pentensiar Xidmətində ciddi islahatlar gedir. Regionlarda yeni həbsxanalar tikilir. Həmin həbsxanalar ən müasir standartlara cavab verir. Burada cinayətkarlar yaşayır. Cinayətkarlar da müxtəlif kateqoriyalara bölünür. Bunlar içərisində ehtiyatsızlıqdan baş verən cinayətlər, qəsdən adam öldürmə halları, oğurluq və dələduzluqla məşğul olanlar da var. Kriminal aləmdə, yəni cinayətkarların arasında belə halların baş verməsi dünya praktikası ilə götürdük də labüd olan hadisədir. Bundan isə hər bir şəxs öz xeyri üçün istifadə etməyə çalışır”.

S.Novruzov Lamiyə olayından hakimiyyətə qarşı istifadə edən müxalifət nümayəndələrini tənqid edib. Bildirib ki, bir qrup müxalifət nümayəndələri və mətbuatı bundan istifadə edərək dövlətin əleyinə təbliğat aparır. Digərləri isə başqa-başqa insanlarla şəxsi münasibətlərini aydınlaşdırmaq üçün bundan istifadə edirlər.

“Hər şey qanun çərçivəsində olmalıdır. Hər şey hüquq müstəvisində həll olunmalıdır. Kim bu məsələdə qanunu pozubsa, saxtakarlığa yol veribsə, insan hüqauqlarını pozubsa, ciddi şəkildə cəzalandırılmalıdır. Və bununla da məsələ bitməlidir”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti