Çiprasdan Türkiyəyə `tikanlı` barışıq mesajı

 Çiprasdan Türkiyəyə `tikanlı` barışıq mesajı
  09 Fevral 2015    Oxunub:1721
Yunanıstanın yeni baş naziri Aleksis Çipras Türkiyə-Yunanıstan sərhəddindəki tikanlı məftilləri aradan qaldırmaq istəyir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə
SYRİZA-nın idarə heyətinin üzvü Qiorqos Çondros deyib.

O vurğulayıb ki, demokratik ölkə üçün belə hal utancvericidir: “Yunanıstan Avropanın qapısıdır. Tikanlı məftillə əhatə olunmuş sərhəd xətti miqrantları daha təhlükəli yol olan dənizə üz tutmağa vadar edir”.

Q.Çondros onu da əlavə edib ki, Yunanıstan hökuməti miqrantlarla bağlı siyasətini də nisbətən yumşaldacaq. Artıq Yunanıstanda doğulan hər kəsə ölkə vətəndaşlığı veriləcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti