`ABŞ bir milyonun yox, bir neçə nəfərin məsələsini qaldırır` - Millət vəkili

`ABŞ bir milyonun yox, bir neçə nəfərin məsələsini qaldırır` - Millət vəkili
  09 Fevral 2015    Oxunub:1323
`ABŞ Konqresində təşkil olunacaq dinləmələrdə bir milyon insanın pozulan hüququ deyil, bir neçə nəfərin məsələsi qaldırılacaq`. Bunu millət vəkili Çingiz Qənizadə bu həftə ABŞ Konqresində Azərbaycanda insan haqlarına dair keçiriləcək dinləmələrlə bağlı danışarkən söyləyib.

Deputat bildirib ki, dinləmələr Konqresin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin xarici siyasət altkomitəsində keçiriləcək “Azərbaycan-ABŞ: təhlükəsizlik, energetika və insan haqları” mövzusunda reallaşacaq.

Onun sözlərinə görə, onlar üçün bir milyon insanın hüquqlarının pozulması önəm daşımır. Ancaq 2-3 nəfərə qarşı qanunun aliliyini rəhbər tutaraq cəza tətəbiq olunursa, o zaman bu məsələ müzakirə olunur:

- Ona görə də bu dinləmələrin obyektiv olacağına inanmıram və bu mümkün deyil. Əgər dinləmə təşkil olunursa, onun obyektivliyini təmin etmək üçün gərək tərəflərin mövqeyi dinlənilməli və ortaya qoyulmalıdır. Odur ki, Dövlət Departamentinin və Konqresin təşkil etdiyi dinləmələr də dövlətin siyasətinə uyğun həyata keçrilir və bunun də məqsədi var. Məqsəd bu dinləmələrlə Azərbayacana təzyiq edib nələrəsə nail olmaqdır.”

Millət vəkili onu da əlavə etdi ki, Amerika Azərbaycanda bütün həbslərə deyil, onların marağında olan şəxslərin həbsi olanda reaksiya verir: `Yəni özlərini ictimai aktiv sayan şəxslərə qanunları pozsalar da toxunmaq olmaz. Onlar hər nə edə bilərlər, qanunu pozsa da, böhtan danışsa da, xaricdən qeyri-qanuni maliyyələşsə də onlara toxunmaq olmaz. Bu cür yanaşma düz deyil və bu baxımdam bu cür dinləmələri obyektiv və düzgün saymıram`.



Teqlər:





Xəbər lenti