Arif Əsgərov nazir müavini oldu - SƏRƏNCAM

Arif Əsgərov nazir müavini oldu - SƏRƏNCAM
  09 Fevral 2015    Oxunub:2585
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri A.N.Əsgərovun Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncamda deyilir:

Arif Nəriman oğlu Əsgərov Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini təyin edilsin.

Eyni zamanda prezidentin digər sərəncamı ilə Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti