Cavid Qurbanovun vəzifəsi dəyişdirildi
AzVision.az-ın xəbərinə görə, prezidentin sərəncamı ilə Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Qeyd edək ki, prezidentin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov nəqliyyat naziri Ziya Məmmədovun müavini təyin edilib.
Eyni zamanda İlham Əliyevin digər sərəncamı ilə Cavid Qəmbər oğlu Qurbanov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
AzVision.azÇ







Vaxtında, Aydın, Lazımlı!


