Zakir Həsənov ciddi tapşırıqlar verdi

Zakir Həsənov ciddi tapşırıqlar verdi
  09 Fevral 2015    Oxunub:2064
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən təlimlərə cəlb olunan məsul zabitlərin iştirakı ilə irimiqyaslı təlimlərin yekunlarına dair müşavirə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, toplantıda çıxış edən Müdafiə naziri döyüş şəraitinə maksimal uyğun, praktiki atışlarla icra olunan təlimləri təhlil edərək şəxsi heyətin döyüş hazırlığını, peşəkarlığını yüksək qiymətləndirib, belə təlimlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb və komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.


Teqlər:  





Xəbər lenti