Ermənistanı kütləvi etirazlar bürüyür - VİDEO
Onlar hakimiyyətdən “Otmena” hərəkatının və Çiçəklənən Ermənistan Partiyasının siyasi şurasının üzvü A.Xaçatryana qarşı zorakılığın araşdırılmasını tələb edirlər.
Qeyd edək ki, şənbə günü üç maskalı şəxs A.Xaçatryana hücum edərək onu döyüb. Daha sonra qara avtomobilə oturdaraq naməlum istiqamətə aparıblar. Bu barədə partiyanın parlamentdəki deputatı Vaan Babayan bildirib. A.Xaçatryan fevralın 7-də xəstəxanaya yerləşdirilib.
Qardaşı Artyom Xaçatryanın sözlərinə görə, şənbə günü axşam onu döyülmüş və huşunu itirmiş vəziyyətdə mənzilinin qapısında tapıblar.