Bir gündə 51 cinayət, 32 həbs

Bir gündə 51 cinayət, 32 həbs
  10 Fevral 2015    Oxunub:1094
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınıb, onların da 33-ü "isti izlər"lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.


Teqlər:





Xəbər lenti