Gəncədə silahlı basqın

Gəncədə silahlı basqın
  10 Fevral 2015    Oxunub:2313
Bu gün axşam saatlarında Gəncədə silahlı basqın hadisəsi qeydə alınıb.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhərin Səbuhi Xasıyev küçəsində yerləşən 3 nömrəli poçtdan yığılan pulları mərkəzi poçta idarə etdiyi “VAZ 2106” markalı avtomobillə aparan Tofiq Rüstəmova silahlı və masqalı şəxs yaxınlaşaraq pulları tələb edib. Səbuhi Xasıyev silahlı şəxsə qarşı müqavimət göstərmək istəyərəkən soyğunçu əlindəki tapança ilə onun baş nahiyəsinə bir neçə dəfə zərbə endirib və pulları əldə edə bilmədiyini görərək hadisə yerindən uzaqlaşıb. Zərəçəkən dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda həkimlər xəstənin vəziyyətini normal qiymətləndirir.

Faktla bağlı şəhər Baş Polis İdarəsində soyğunçuluq hadisəsini törətmək istəyən şəxs və şəxlərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.


Teqlər:





Xəbər lenti