Sarkisyan 330 min ermənini didərgin salıb

Sarkisyan 330 min ermənini didərgin salıb
  10 Fevral 2015    Oxunub:1789
Erməni mətbuatı, o cümlədən erməni lobbisinin vəsaiti hesabına Parisdə gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalı ermənilər arasında miqrasiya hallarının artması ilə bağlı həyəcan təbili çalmağa başlayıblar.

KİV-lər hazırki iqtidarın yürütdüyü yarıtmaz siyasət nəticəsində Ermənistanı xoşbəxt gələcəyin gözləmədiyini anlayaraq ölkəni tərk edən vətəndaşların sayının ildən-ilə artdığını etiraf etməyə məcbur olublar.

Ermənistan Dövlət Statistika İdarəsinin rəsmi məlumatına istinad edən mətbuat təkcə 2014-cü ildə 47 min erməninin xarici ölkələrə miqrasiya etdiyini qeyd ediblər. Miqrasiya hallarının 2013-cü illə müqayisədə 12 faiz artdığı və bunun Ermənistan üçün əsl faciə olduğu, Serj Sarkisyanın hakimiyyətdə olduğu 7 il ərzində 330 min ermənin ölkəni tərk etdiyini diqqətə çatdırılıb.

Əlbəttə, mətbuat orqanları yuxarıda göstərilən rəqəmləri dövlətin marağından çıxış edən təşkilatın rəsmi məlumatından əldə ediblər. Amma qeyri-rəsmi məlumata görə, onların sayı qat-qat çoxdur.

Gələcəyi olmayan Ermənistanı tərk edən əhalinin 22 mininin ölkə vətəndaşlığından imtina etdiyi mətbuatda əksini tapıb. KİV-lər iqtisadiyyatı uçuruma yuvarlanan Ermənistanda təcili islahatlar aparılmadığı təqdirdə 2015-ci ildə miqrasiyanın kütləvi şəkil alacağını və ölkəni tərk edənlərin sayının daha da artacağını təşviş hissi ilə bildiriblər. (AzərTAc)


Teqlər:  





Xəbər lenti