`Arif Hacılı mənə şər atır...` - Qubad İbadoğlu

`Arif Hacılı mənə şər atır...` - Qubad İbadoğlu
  10 Fevral 2015    Oxunub:1690
Bir neçə gün əvvəl Divanın qərarı ilə Müsavat Partiyasından xaric edilən başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Arif Hacılını ona şər atmaqda ittiham edib.
AzVision.az xəbər verir ki, bu barədə Q.İbadoğlu Facebook səhifəsində bildirib:

“Yeni Müsavat” qəzetinə baxdım, Arif Hacılının mənə ünvanlanan şər və böhtan dolu “bizim missiyamız” yazısını oxudum. Sonra tanınmış müsavatçıların mənim partiyadan kənarlaşdırılmağıma etiraz əlaməti olaraq yaydığı müraciətlə tanış oldum. Bir anlığa düşündüm ki, nə yaxşı ədalətsevər müsavatçılar var. Uzaqdan olsa da onlara mənim haqqımın pozulmasına qarşı obyektiv mövqelə ifadə etdiklərinə görə təşəkkür edirəm”.

Qeyd edək ki, Qubad İbadoğlu ötən həftə partiya Divanının qərarı ilə Müsavat üzvlüyündən xaric edilib. O, partiyanın Nizamnaməsini pozmaqda ittiham olunurdu.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti