Tanınmış iş adamı “Hilton” oteldə ev aldı - 1,8 milyona

Tanınmış iş adamı “Hilton” oteldə ev aldı - 1,8 milyona
  10 Fevral 2015    Oxunub:15352
“Hilton Baku” otelində 1,8 milyon manata satışa çıxarılan mənzil alınıb.
AzVision.az-ın əldə etdiyi məlumata görə, mənzilin yeni sahibi tanınmış iş adamıdır. Onun kimliyi isə hələlik açıqlanmır.

Hazırda oteldə daha bir yeni mənzil satışa çıxarılıb. 20 mərtəbəli “Hilton Baku”nun 13-cü mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 220 m2 təşkil edir. 3 otaqlı mənzil 2,5 milyon manata təklif olunur . Mənzilin dəniz mənzərli olduğu bildirilir.

“Hilton Baku” hələlik mənzil təklif edən yeganə paytaxt mehmanxanasıdır. Belə apartamentlər “Flame Tower” otelində var, amma bu binada mənzillər hələ satışa çıxardılmayıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti