Züqanov Rauf Qurnabovla görüşəcək
“Bizdə olan məlumata görə, yoldaş Gennadi Züqanov bu gün 23 nömrəli orta məktəbdə və Slavyan Universitetində keçiriləcək görüşdən sonra Milli Məclisdə olacaq. Həmçinin Azərbaycan Kommunist Partiyasının sədri kimi mənimlə də bu gün görüşəcək.
Görüşdə iki partiya və iki respublika arasında yoldaşlıq münasibətlərinin inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə olunacaq. Züqanovla bizim bütün görüşlərimizdə müzakirələr rus və Azərbaycan xalqı arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində olur”.
Qlobal məsələlərin müzakirəsinə gəlincə isə R.Qurbanov deyib ki, bu mövzuların əksəriyyətində həmrəy olduqlarına görə bu mövzulara çox da diqqət ayrılmayacaq:
“Ukrayna məsələsində hər ikimizin mövqeyimiz bəllidir. Orada baş verən vətəndaş müharibəsi, hakimiyyətdə olan qüvvələrin öz xalqına qarşı genosid siyasəti həm Azərbaycan, həm də Rusiya kommunistləri tərəfindən pislənir. Biz həmişə Ukrayna xalqına dəstəyimizi nümayiş etdirmişik”.
Partiya sədri Züqanovun Bakı səfərinin məqsədlərindən də danışıb:
“Səfərin əsas məqsədi, ölkələrimiz arasında mədəni - maarif, iqtisadi -siyasi, dostluq və mehriban qonşuluq əlaqələrinin daha da möhkəmləndirilməsidir”.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


